"Qəbələ" hollandiyalı ilə yollarını ayırdı

14:52 - 5 Dekabr 2015

Brardla müqaviləyə xitam verilib
 
"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard "qırmızı-qaralar"dan ayrılır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hollandiyalı mütəxəssislə "Qəbələ" arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.  O, 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək. 
 
Xatırladaq ki, Stenli Brard 2013-cü ilin aprel ayından "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi.

Xəbər xətti