Cəzalı duruma düşdü
Premyer Liqanın XVI turunda "Neftçi" ilə qarşılaşacaq "Qəbələ" bu matça ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, ötən gün keçirilən "Xəzər Lənkəran" - "Qəbələ" (0:1) matçında sarı vərəqə alan Elvin Camalov cəzalı duruma düşüb. Belə ki, bu onun cari mövsümdə 4-cü sarı vərəqəsi olduğundan "Neftçi" ilə matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı dekabrın 13-də keçiriləcək.
saytlarin hazirlanmasi