Komanda istirahətsiz davam edir
“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın XV turunun dekabrın 6-da “Xəzər Lənkəran”la səfərdə keçirilən oyunundan (1:0) sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda davam etdirir.
Əyalət təmsilçisi dünən Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunda növbəti məşqini gerçəkləşdirəcək. “Qəbələ” oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı “Bakcell Arena”da keçirəcək.
Xatırladaq ki, qrupda son oyununa çıxacaq "Qəbələ"nin “Krasnodar”la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq
saytlarin hazirlanmasi