Dodo: "Avropa Liqasındakı iştirakımızı xoş sonluqla bitirməliyik"

15:36 - 8 Dekabr 2015

"Biz Avropada təcrübə qazandıq"

 

Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodo ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az  xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı sonuncu turun matçından danışıb: “Krasndar”a qarşı oyunda şansımız olmasa da, bir motivasiya axtarıb tapmalıyıq. Ən azından qrup mərhələsini qələbə ilə başa vurmaq olar. Avropa Liqasındakı iştirakımızı xoş sonluqla bitirməliyik. Ümumiyyətlə bu turnirdə çıxışımızı müsbət qiymətləndirirəm. Çünki biz Avropada təcrübə qazandıq. Kifayət qədər böyük komandalarla rəqib olduq. Azərbaycan komandası üçün ilk dəfə qatıldığı turnirdə daha artığını etmək çətin idi. Amma inanıram ki, qarşıda daha yaxşı olacaq”.

Xəbər xətti