Sabah bəlli olacaq
Avropa Liqasının qrup mərhələsinin son oyununda Rusiya "Krasnodar"ına qarşı keçiriləcək oyunda "Qəbələ"nin futbolçusu Dodo iştirak etməyə bilər.
Sportal.az xəbər verir ki, buna səbəb braziliyalının xəstələnməsidir.
Qripə yoluxan futbolçu dünən və bu gün komandayla məşqlərə qoşulmayıb. Onun "Krasnodar"la oyunda meydanda olub-olmayacağı isə sabah müəyyənləşəcək. (Report)
saytlarin hazirlanmasi