"CBC"ni sevmə səbəbim...
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda ("Azərsun Arena") keçirilən "Qarabağ" - "Qəbələ" (1:1) qarşılaşmasında meydan sahiblərinin azarkeşlərindən biri maraqlı plakat açıb. Belə ki, Murad Qafarov adlı bir azarkeş oyunu canlı yayımlayan CBC telekanalında işləyən Nərmin adlı xanıma sevgi etirafını bildirib. Bu plakat böyük maraqla qarşılanıb.
Sportal.az azxeber.com-a istinadən xəbər verir ki, bu xanım CBC Sport-un "Xəbərlər" proqramının aparıcısı Nərmin Candır. Bundan əvvəl TRT Avaz kanalında çalışan Nərmin Azərbaycanın ən gözəl xanım aparıcılarından sayılır.
saytlarin hazirlanmasi