"Real"ın futbolçusu Kriştiano Ronaldo 3 yaşlı livanlı fanatı Heydər Mustafa ilə görüşüb.
Sportal.az xəbər verir ki, H.Mustafa valideynlərini Beyrutda terror aktı zamanı itirib.
Bir müddət əvvəl livanlı jurnalist Rana Harbi #CristianoMeetHaidar (Kriştiano Haydarla görüşəcək) haştaqını paylaşıb. Bu haştaq qısa zaman ərzində sosial şəbəkələrdə xeyli paylaşılıb.
Daha sonra Ronaldonun nümayəndələri livanlı jurnalistlə əlaqə yaradıblar portuqaliyalı ulduzun azyaşlı ilə görüşü barədə razılaşıblar.