"Borussiya"nın futbolçusu cəzalandırıldı

21:34 - 23 Dekabr 2015

3 oyun komandasına kömək edə bilməyəcək
 
"Borussiya" Münhenqladbax klubunun futbolçusu Qranit Xaka cəzalı duruma düşüb.
 
Sportal.az "sky.de"yə istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçi Bundesliqanın 17-ci turunda "Darmştadt"la qarşılaşmanın 37-ci dəqiqəsində rəqibinə bilərəkdən təpik vuraraq yıxdığı üçün cəzalandırılıb. 23 yaşlı futbolçu 3 oyun komandasına kömək edə bilməyəcək.
 
Xatırladaq ki, "Borussiya" Münhenqladbax - "Darmştadt" matçı meydan sahiblərinin 3 - 2 hesablı qələbəsi ilə sona çatmışdı.

Xəbər xətti