"Qəbələ"yə qarşı oynayan futbolçu üçün 30 milyon avro

16:29 - 26 Dekabr 2015

İlkay Gündoğan "Yuventus"un hədəfində

 

“Yuventus” “Borussiya” Dortmundun futbolçusu İlkay Gündoğanı heyətinə qatmaq istəyir.


Sportalaz xəbər verir ki, Turin klubu türk əsilli yarımmüdafiəçini almaqda israrlıdır. İtalyanlar İlkay üçün Dortmund təmsilçisinə 30 milyon avro ödəməyə hazırdır. 


Qeyd edək ki, 2011-ci ildən “Borussiya”da çıxış edən Gündoğan bu mövsüm Bundesliqada 17 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti