"Hannover"in yeni baş məşqçisi müəyyənləşdi

17:36 - 28 Dekabr 2015

2017-ci ilə qədər müqavilə imzalandı
 
Almaniya Bundesliqasında mübarizə aparan "Hannover" klubunun yeni baş məşqçisi məlum olub.
 
Sportal.az xəbər verir ki, uğursuz çıxışlardan sonra Mikael Frontşeklə yollarını ayıran "Hannover" yeni baş məşqçisinin adını açıqlayıb. Komandanı 54 yaşlı mütəxəssis Tomas Şaaf çalışdıracaq. Təcrübəli çalışdırıcı ilə 2017-ci ilin iyununa kimi müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Hannover" Bundesliqada 17 turdan sonra 14 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti