Hazırlıq matçı
Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu Almaniyanın "Karlsrue" klubu mövsümün 2-ci yarısına hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, II Bundesliqa təmsilçisi artıq yoxlama oyunlarındakı rəqiblərini də müəyyənləşdirib.
"Karlsrue"nin ilk iki rəqibi Bundesliqa təmsilçiləridir. Belə ki, yanvarın 13-də futbolçumuzun komandası "İnqolştadt"la, ayın 16-da isə Münhen "Bavariya"sı ilə qarşılaşacaq. Yanvarın 30-da isə bu komandanı ikinci Bundesliqanın digər təmsilçisi "Qroyter"lə görüş gözləyir.