Ulduz futbolçunun qiyməti ucuzlaşdı

15:28 - 10 Yanvar 2016

15 milyon avroya düşüb

 

Fransa millisinin və "Bavariya"nın ulduzu Frank Riberi karyerasının ən çətin günlərini yaşayır.

 

Sportal.az xəbər verir ki, son 10 ayda cəmi 2 matçda (birində 15, digərində 45 dəqiqə) oynaya bilən futbolçunun bu vəziyyəti karyerasına ciddi şəkildə təsir edir. 2010-cu ildə transfer dəyəri 50 milyon avroya qalxan Riberinin qiyməti indi 15 milyon avroya düşüb. 

 

Qeyd edək ki, "Bavariya" 2007-ci ildə onu Marsel "Olimpik"indən 25 milyon avroya transfer etmişdi. 2012/13 mövsümündəki performası ilə UEFA tərəfindən "İlin futbolçusu" adına layiq görülən fransalı futbolçunun Münhen klubundan göndəriləcəyi deyilir.

Xəbər xətti