"Qızıl top"u alması...
Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldonun doğulduğu Madeyra şəhərindəki heykəli bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.
Sportal.az xəbər verir ki, Lionel Messinin ardıcıl 5-ci dəfə "Qızıl top"u qazanması şəhərdə etirazla qarşılanıb. Heykələ hücum edən şəxslər Messinin adını və "Barselona"da geyindiyi 10 nömrəli formanın rəqəmini yazıblar.
Qeyd edək ki, heykəl 2014-cü ilin dekabrında qoyulub.
saytlarin hazirlanmasi