"Anji"dən ayrıldı
Portuqaliyalı hücumçu Uqo Almeyda karyerasını yenidən Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Rusiyanın "Anji" klubundan ayrılıb. Portuqaliyalı futbolçu Bundesliqa təmsilçisi "Hannover"lə razılığa gəlib. Tərəflərin tezliklə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Almeyda Bundesliqada "Verder" klubunun şərəfini qoruyub.
saytlarin hazirlanmasi