"Caka komandamızda qalacaq"
"Borussiya" Münhenqladbaxın idman direktoru Maks Eberl gənc futbolçu Qranit Cakanın transferi ilə bağlı "Bild" qəzetinə açıqlama verib.
Sportal.az xəbər verir ki, klubun rəsmisi isveçrəli yarımmüdafiəçini satmayacaqlarını bildirib:
"Caka komandamızda qalacaq. O, özü də klubumuzda ayrılmaq istəmir. Ona görə də gələn transfer təkliflərini rədd edəcəyik".
Qeyd edək ki, 23 yaşlı futbolçu "Liverpul"un transfer hədəfindədir.
saytlarin hazirlanmasi