2019-cu ilə qədər müqavilə imzalandı
Almaniya Bundesliqasında mübarizə aparan "Verder" klubu heyətini gücləndirməyə davam edir.
Sportal.az xəbər verir ki, "musiqiçilər" "Olimpiakos"un yarımmüdafiəçisi Sambu Yatabareni heyətinə cəlb edib. Fransalı yarımmüdafiəçi Bremen təmsilçisi ilə 2019-cu ilə qədər müqavilə imzalayıb.
Xatırladaq ki, "Verder" daha öncə "Çelsi"nin müdafiəçisi Papi Cilobocini icarəyə götürmüşdü.
saytlarin hazirlanmasi