Otelə sərxoş halda qayıdıb
Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya”nın baş məşqçisi Pep Qvardiolanın son zamanlar Arturo Vidala az şans verməsinin səbəbləri bəlli olub.
Sportal.az xəbər verir ki, Qvardiola Çili milli komandasının futbolçusunun Qətrdəki təlim-məşq toplanışı zamanı intizamsız hərəkətlərə yol verdiyinə görə bu addımı atıb. Belə ki, Vidal bir neçə dəfə komandanın məşqini özbaşına tərk edib. O, daha sonra "Bavariya”nın qaldığı otelə sərxoş halda qayıdıb.
Məhz bu hərkətlərinə görə Qvardiola 29 yaşlı futbolçunu cəzalandırmağı üstün tutub.