Kubok matçında...
Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Ştutqart" - "Borussiya" (Dortmund) (1:3) matçında qonaq komandadın azarkeşləri bilet qiymətinin artımına qarşı etiraz ediblər.
Sportal.az xəbər verir ki, başqa matçlar zamanı ən ucuz sektordakı bir yer üçün 19.50 avro olan bilet dortmundlu azarkeşlərə iki dəfə artığına – 38.50 avroya satıldığına görə onlar meydana tennis topu atmağa başlayıblar.
Qeyd edək ki, Dortmund futbolçuları azarkeşləri sakinləşdirə biliblər.
saytlarin hazirlanmasi