"Hoggenhaym"ı 28 yaşlı mütəxəssis çalışdıracaq
Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az Bundesliqa təmsilisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra 28 yaşlı Yulian Naqelsmann çalışdıracaq. Gənc mütəxəssislə 2019-cu ilin iyun ayının 30-dək müqavilə imzalanıb.
Perspektivli çalışdırıcı "Hoffenhaym"ın baş məşqçisi təyin olunmaqla Bundesliqanın tarixinə düşüb. Belə ki, o Almaniya çempionatı tarixinin ən gənc baş məşqçisi olub.
Qeyd edək ki, Naqelsmann bu postda dünən istefaya göndərilən Hub Stevensi əvəzləyib.
saytlarin hazirlanmasi