Türk futbolçu "Borussiya"dan ayrılır

18:53 - 17 Fevral 2016

Müqaviləsini yeniləmək istəmir

 

"Borussiya"sının türk əsilli futbolçusu İlkay Gündoğan komandadan ayrılmaq qərarına gəlib.

 

Sportal.az xarici KİV-lərə istənadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Bundesliqa təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir. Belə olan halda dortmundlular Gündoğanı bu mövsümün sonunda satmaq qərarına gəlib.

 

Almaniya millisinin üzvünü "Mançester Yunayted", "Arsenal", "Yuventus" kimi klublar heyətinə cəlb etmək istəyir.

Xəbər xətti