"Geri dönməyi arzulayırdım"
Avroliqanın 1/16 final mərhələsində "Borussiya" - "Portu" (2:0) matçında türkiyəli futbolçu Nuri Şahin uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb.
Sportal.az xəbər verir ki, 355 gün sonra ilk matçını keçirən 27 yaşlı yarımmüdafiəçi Almaniyanın "Sky" kanalına verdiyi açıqlamasında çox sevincli olduğunu bildirib:
"Bu günü gözləyirdim. Geri dönməyi çox arzulayırdım. Şükürlər olsun ki, meydanda olduğum zaman ayağımda heç bir ağrı hiss etmədim. Mənim üçün möhtəşəm gecə idi. Uşaq kimi sevinirdim".
Qeyd edək ki, Nuri Şahin sonuncu dəfə 28 fevral 2015-ci ildə "Şalke" ilə matçda forma geymişdi.
saytlarin hazirlanmasi