Burak Yılmaz Çinə özü ilə birlikdə aşpaz da aparır

12:02 - 20 Fevral 2016

Masajçı, aşbaz...
 
"Qalatasaray"dan Çinin "Pekin Quoan" klubuna transfer olunan Burak Yılmaz maraqlı addım atıb.
 
Sportal.az xəbər verir ki, türkiyəli hücumçu ailəsi ilə birlikdə Çinə özü ilə aşpaz, masajçı, dayə və tərcüməçi  aparmaq qərarına gəlib. Burak Çin mətbəxini sevmədiyi üçün belə bir seçim edib.
 
Qeyd edək ki, Burak Yılmazın "Pekin Quoan"da illik gəliri bonuslarla birlikdə 8 milyon avrodur.

Xəbər xətti