"Trabzonspor"un futbolçusu hakimə qırmızı vərəqə göstərdi VİDEO

11:45 - 22 Fevral 2016

"Qalatasaray" - "Trabzonspor" matçında
 
Türkiyə Super Liqasının 22-ci turunda keçirilən qalmaqallı "Qalatasaray" - "Trabzonspor" matçında maraqlı hadisə baş verib.
 
Sportal.az xəbər verir ki, "Trabzonspor"un futbolçusu Salih Dursun matçın baş hakimi Dəniz Atəş Bitnələ qırmızı vərəqə göstərib.
 
Bu hadisə hakimin Trabzon təmsilçisinin qapısına şübhəli penalti təyin etməsindən sonra başa verib. Qaydanı pozduğu iddia edilən Luis Pedro Kavanda baş hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə alıb. Bu qərardan sonra hakimə etirazlar davam edib. Dəniz Bitnelin qırmızı vərəqəni yerə düşürdüyünü görən qonaqların futbolçusu Salih Dursun vərəqəni yerdən götürərək hakimə göstərib və meydan çıxmağını bildirib. Bu hərəkətinə görə baş hakim Salih Dursunu da meydandan qovub.
 
Bu "Trabzonspor"un qarşılaşmada  4-cü qırmızı vərəqəsi olub. Kavanda və Salih Dursundan əvvəl Özər Hurmacı və Aykut Dəmir də meydanı tərk etmişdilər.

Xatırladaq ki, "Qalatasaray" - "Trabzonspor" matçı meydan sahiblərinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb.
 

Xəbər xətti