"Mançester Yunayted"in gənc ulduzu məktəbdən birbaşa məşqə gəlir

12:33 - 2 Mart 2016

Ötən günlərdə kimya fənnindən imtahan verib
 
Son günlər gündəmdə olan "Mançester Yunayted"in 18 yaşlı hücumçusu Markus Reşford hər gün məktəbə gedir.
 
Sportal.az xəbər verir ki, futbolçu oxuduğu məktəbə  "Audi A3" maşınında və "Mançestr Yunayted"in formasında gəlib. 18 yaşlı forvard məktəbdən sonra birbaşa klubun məşqinə yollanır.
 
Reşford ötən günlərdə kimya fənnindən imtahan da verib.
 
Qeyd edək ki, Reşfordun təhsil aldığı məktəbə "Mançester Yunayted" sponsorluq edir.

Xəbər xətti