"Bu, illərdir çəkdiyim əziyyətin bəhrəsidir
Madrid "Real”ı-nın və Portuqaliya milli komandasının futbolçusu Kristiano Ronaldo İspaniya mətbuatına maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, ulduz futbolçu komandası üçün heç nəyin bitmədiyini və mövsümü nəticələrlə bitirməyin mümkünlüyünü açıqlayıb: "Düzdü, çox qol vururam. Bu yolla davam etmək istəyirəm. Bu, illərdir çəkdiyim əziyyətin bəhrəsidir. Bu mövsüm çempionatda və Çempionlar Liqasında qızğın mübarizə gedir. Bu səbəblər bizi hər şeyin bitməməsinə motivasiya edir.”
Ulduz futbolçu son zamanlar özü ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib: "Bir neçə uğur qazanmışam. Bəlkə, 11 futbolçunu keçib qol vurmağı bacarmamışam. Ancaq, bütün bunlar futbol meydanında olan şeylərdir. Meydandan kənarda komanda ilə bağlı heç bir problemimiz yoxdur.”
"Real”ın qol silahı həmçinin Çempionlar Liqasının 1/16 final mərhələsində "Roma” ilə qarşılaşacaqları cavab oyunu barədə də danışıb: "Romada baş tutan oyun möhtəşəm futbol sərgilədik. İndi də Madriddə cavab oyunu var. İlk oyunun nəticəsinə görə üstün tərəfik. Amma, bu hesaba güvənmirik.”
Qeyd edək ki, İtaliyada baş tutan "Roma” – "Real Madrid” oyunu qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatmışdı.Komandalar arasında cavab oyunu martın 8-də baş tutacaq.
saytlarin hazirlanmasi