"Ardaya hiss etdiyim duyğu eşqdən də böyük hissdir"

18:40 - 21 Mart 2016

Aparıcıdan maraqlı açıqlamalar
 
Türkiyənin məşhur aparıcısı Burcu Əsmərsoy müsahibəsində futbolçu Arda Turanla münasibətinə də aydınlıq gətirib.

Sportal.az xəbər verir ki, Burcu Arda ilə münasibətinin sevgi olmadığını etiraf edib:
 
“Ardaya hiss etdiyim duyğu eşqdən də böyük hissdir. Çox böyük dostluqdur. Çox sevdiyim biri var idi, Arda onun dostudur. Mən sevgilimin əhatəsində olan kiminləsə heç vaxt eşq yaşamaram. Sevgililərimin dostlarıyla münasibət qurmaram. Arda çiynində ağladığım biridir. Sevgilimlə ayrılanda mənə çox dəstək oldu. İndi də onunla danışırıq. Mən sosial şəbəkədə Ardanı izləyirəm. Ancaq onun həyatındakı qız mənimlə görüşməsini istəmədi, dostum da ona olan hörmətindən mənimlə görüşmək istəməyə bilər". 

Xəbər xətti