Messinin zərbəsinə tuş gələn qadın: "Onu heç vaxt sevməyəcəm"

18:55 - 22 Mart 2016

"Topun əlimə dəyməsi ilə biləyimin dönməsi bir oldu"
 
İspaniya La Liqasının 30-cu turu çərçivəsində keçirilən "Vilyarreal" - "Barselona" (2:2) matçında maraqlı hadisə yaşanıb.
 
Sportal.az xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu Messinin güclü zərbəsindən sonra top tribunada əyləşən qadın azarkeşə dəyib. Zərbənin təsirindən isə qadının biləyi qırılıb. Həmin qadın azarkeş Rakel Taxuelo maraqlı açıqlamalar verib:
 
"Topu gördüm və refleks olaraq əlimi uzatdım. Topun əlimə dəyməsi ilə biləyimin dönməsi bir oldu. Həmin anda örəyim getdi və həkimlər məni xəstəxanaya apardılar. Mən madridliyəm və "Real" azarkeşiyəm. Messidən  xoşum gəlmirdi, indidən sonra heç vaxt onu sevməyəcəm".
 
Rakel "Barselona"nın ona "Kamp Nou"da oyun izləməyə dəvət etdiyini də bildirib.

Xəbər xətti