İngiltərə millisinin sabiq üzvünə 6 illik həbs cəzası

20:00 - 24 Mart 2016

Səbəb 15 yaşlı qızla cinsi əlaqədə olmasıdır
 
"Sanderlend"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Adam Conson 6 il müddətinə həbs edilib.
 
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçunun həbs edilməsinə, onun 15 yaşlı qızla cinsi əlaqədə olması səbəb olub. Bir müddət öncə futbolçu özü bu barədə məhkəmədə etiraf etmişdi. Bu gün Bredfordda keçirilən məhkəmədə futbolçuya 6 illik həbs cəzası verilib.
 
"Sanderlend" klubu bu ilin fevral ayında futbolçuyla müqaviləyə xitam vermişdi.

Xəbər xətti