6 illik həbs olunan futbolçu həbsxanada döyüldü

15:56 - 1 Aprel 2016

Həftəlik 11 funt-sterlinq qazanır
 
Azyaşlı qızla cinsi əlaqədə olduğu üçün 6 illik həbs cəzası alan İngiltərə millisinin sabiq futbolçusu Adam Conson cəzaçəkmə müəssəində dustaqlar tərəfindən döyülüb.
 
Sportal.az xəbər verir ki, Conson cəzasını çəkdiyi kamerada dustaqlar tərəfindən hücuma məruz qalıb. Kamera yoldaşarı Consonu ülgüclə üzünə, qasıq nahiyəsinə və yanına xəsarət yetiriblər.
 
Qeyd edək ki, Adam Conson çıxış etdiyi "Sanderlend"də həftəlik 60 min funt-sterlinq qazanırdısa, həbsxanada 11 funt-sterlinq məvacib alır. Bundan əlavə, Conson təmizlik işlərinə baxır.

Xəbər xətti