İFF-dən maraqlı qərar
İran Futbol Federasiyasının Etika Komitəsi maraqlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, iranlı oyunçu Soşa Makani 6 ay futboldan uzaqlaşdırılıb. Buna isə onun sarı şalvarla sosial şəbəkədə şəkil paylaşması səbəb olub. İFF-nın fikrinə görə, futbolçunun bu rəngdə şalvar geyinməsi etik cəhətdən uyğun deyil.
Qeyd edək ki, bu Makanin ilk cəzası deyil. Bundan əvvəl o, qızla şəkil paylaşdığı üçün də həbs olunmuşdu.
saytlarin hazirlanmasi