Məşhur futbol agenti Mino Rayola yay transfer pəncərəsində 31 milyon avro qazanc əldə edib.
Sportal.az xəbər verir ki, Rayola bu məbləği 3 futbolçunun transferindən əldə edib. O, Pol Poqba, Henrix Mxitaryan və Zlatan İbrahimoviçin “Mançester Yunayted”ə keçidlərinə vasitəçilik edib. Payola Pol Poqbanın transferindən 20, Mxitaryanın keçidindən isə 8 milyon avro qazanıb.
Agent İbrahimoviçin “qırmızı şeytanlar”a azad agent kimi keçməsindən də 3 milyon avro qazanıb.
saytlarin hazirlanmasi