"Əgər onu İngiltərə klublarına satsaydıq, həyat yoldaşı ondan ayrılacaqdı"

16:00 - 10 Sentyabr 2016

Rusiyanın "Zenit" klubunun idman dierektoru Maksim Mitrofanov yayda komandanı İspaniyanın "Valensiya" klubuna dəyişən Ezekel Qarayla bağlı maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmi futbolçunun karyerasını İngiltərədə davam etdirmək variantının da olduğunu bildirib.
 
"Qarayın bizimlə 3 illik müqaviləsi var idi. Biz onu sərfəli təklif nəticəsində satmışıq. Düşünürəm ki, onun transferi bizə maddi cəhətdən çox xeyir verdi. Əslində, Qaray İngiltərəyə də üz tuta bilərdi. "Çelsi" və "Everton" onun xidmətində maraqlı idi. Əgər onu İngiltərəyə satsaydıq, həyat yoldaşı ondan ayrılacaqdı. Hətta onu karyerasını bitirməsi ilə də təhdid edirdi".
 
Mitrofanov Argentina millisinin üzvünün transfer qiymətini də açıqlayıb.  O bildirib ki, "Zenit" 30 yaşlı müdafiəçinin transferindən 24 milyon avro qazanıb. 
 

Qeyd edək ki, Qaray daha əvvəllər də İspaniyada oynayıb. O, "Rasinq" və "Real" kimi komandalarda top qovub.

Xəbər xətti