Yunanıstanın "Larisa" klubunun qapıçısı Matias Deqra komandadan qovulub.
Sportal.az xəbər verir ki, buna onun Super Liqanın cari turu çərçivəsində "İraklis"lə keçirilən oyunda kobud səhvlərə yol verməsi olub.
Bunun nəticəsində komanda məğlubiyyətlə barışıb. Ancaq komandanın prezidenti qolkiperi bağışlamayıb.
Belə ki, soyunub-geyinmə otağına yollanan əlcək sahibinin önünü kəsən klub rəhbəri qolkiperi şillələyib. Ardınca isə "Larisa" bəyanat yayaraq argentinalı qapıçının qəsdən qolu buraxdığını və buna görə komandadan qovulduğu bildirilib.
saytlarin hazirlanmasi