24 yaşlı futbolçu dinə görə karyerasını bitirmək qərarına gəldi

11:47 - 20 Sentyabr 2016

İngiltərənin "Şeffield Vednesdey" klubunun futbolçusu Ceremi Elan karyerasını bitirmək qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin bu qərarı məxsus olduğu klub tərəfindən yaxın günlərdə rəsmən açıqlanacaq. Elan xüsusi bir səbəbə görə futbolla vidalaşmaq istəyir. "BBC" radiosunun məlumatına görə, Elanın karyerasını bitirməsinə səbəb islam dinidi. O, bu dinə olan bağlılığının daha çox artması üçün futboldan getməyi düşünür.
 
Qeyd edək ki, Fransanın gənclərdən ibarət millisinin sabiq üzvü 2011-13-cü illərdə "Mançester Siti"nin də uğurları üçün çalışıb. 

 

Xəbər xətti