"Lion"un baş məşqçisi Bruno Qenesio Toqo millisinin sabiq üzvü, son olaraq "Kristal Pelas"da çıxış edən Emmanuel Adebayoru transfer etmək istəsələr də, bunun baş tutmadığını bildirib.
Sportal.az xəbər verir ki, tərəflər arasında görüş baş tutsa da, son anda keçid reallaşmayıb. Qenesio yerli mətbuata verdiyi açıqlamada Adebayordan imtina etmələrinin səbəbini açıqlayıb:
"Emmanuel Adebayorla görüşdük və ona kofe içmək təklif etdim. O isə cavabında "Kofe olar, amma yanında bir az viski də olsun” dedi və siqaretini yandırdı. Mən bu hərəkətlərindən sonra ona uğurlar arzuladım və transfer danışıqlarımızı başa vurdum".
Qeyd edək ki, Adebayor karyerası ərzində "Monako", "Arsenal", "Mançester Siti", "Real" Madrid və "Tottenhem" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi