Şotlandiyanın “Reyncers” klubunun yarımmüdafiəçisi Coy Bartonun adı yenə qalmaqallarda hallanır.
Sportal.az xəbər verir ki, Şotlandiya Futbol Federasiyasının açıqlamasına görə, Barton bu dəfə mərc oyunlarına pul qoyuluşu etməkdə ittiham olunur. O, bu ilin iyulundan sentyabr ayına qədər 44 qarşılaşmaya pul qoyuluşu edib. 34 yaşlı futbolçu son olaraq “Seltik”in “Barselona”ya 0:7 hesabı ilə uduzduğu oyuna pul qoyuluşu edib. Şotlandiya qanunlarına görə, futbol adamlarının mərc oyunlarında iştirak etməsi qadağandı.
Barton oktyabrın 12-nə qədər özünü müdafiə etməlidir. Onunla bağlı son qərar həmin ayın 27-də veriləcək.
Qeyd edək ki, mövsümün əvvəlində “Börnli”dən “Reyncers”ə keçən Barton komanda yoldaşları ilə mübahisə etidyi üçün əvəzedici komandada məşq edir.
saytlarin hazirlanmasi