DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən Ekvador – Çili görüşündə maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, Ekvadorun futbolçusu Enner Valensiyanı oyundan sonra məhkəmə icraçıları və polislər həbs etmək istəyiblər. Buna səbəb Valensiyanın aliment ödəməməkdə ittiham olunmasıdır. Futbolçunun keçmiş həyat yoldaşı bildirib ki, Valensiyanın onlara 17 min avro borcu var. Polislərin oyundan sonra onu həbs edəcəyini anlayan Valensiya qarşılaşmanın gedişində plan cızıb. O, 82-ci dəqiqədə zədəlndiyini bildirərək əvəzlənməyini istəyib. Təcili tibbi yardım maşını ilə meydanı tərk edən futbolçunun daha sonra xəstəxanadan əkiləcəyini başa düşən polislər onun planını alt-üst edib. 26 yaşlı forvard birbaşa bölməyə aparılıb.
Məsələ ilə bağlı futbolçunun keçmiş həyat yoldaşının vəkili Pol Marin belə deyib:
“Bu adam kifayət qədər pul qazanır, amma öz qızına aliment vermək istəmir. Qoy bu barədə bütün Ekvador bilsin”.
saytlarin hazirlanmasi