Benteke 23 illik rekordu qırdı VİDEO

13:30 - 11 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsinin H qrupu çərçivəsində keçirilən Cəbəllütariq – Belçika matçında yeni rekord qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, Belçika millisinin forvardı Krsitan Benteke 8,1-ci saniyədə rəqibi məyus etməklə dünya çempionatının seçmə mərhələləri tarixində ən erkən qol vuran futbolçusu olub.
 
Bundan əvvəlki rekord 1993-cü ildə 8,3-cü saniyədə İngiltərə millisinin qapısına yol tapan San Marinonun fubolçusu David Kaltieriyə məxsus idi.

 

Qeyd edək ki, Cəbəllütariq Belçikaya 0:6 hesabı ilə uduzub. Oyunda het-trik edən Benteke qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

 

 

Xəbər xətti