Millinin sabiq futbolçusu heroinlə "ilişdi"

18:26 - 14 Oktyabr 2016

Kolumbiya millisinin sabiq üzvü Dieqo Osorio 1 kiloqram heroinlə “ilişib”.

 

Sportal.az xəbər verir ki, Kolumbiyanın “Atletiko Nacional” klubunda forma geyinmiş Osorionu Medellindəki hava limanında polislər yaxalayıb. Belə ki, futbolçu təxminən 50 min dollar dəyərində olan kokaini Madridə qaçaqyolla keçirməyə cəhd edib. Polislərin gözündən yayına bilməyən futbolçu saxlanarkən xeyli borcu olduğunu deyib. Artıq ikinci dəfədir ki, kolumbiyalı futbolçu buna görə yaxalanır.

 

Qeyd edək ki, 46 yaşlı Dieqo Osorio 2002-ci ildə də eyni aqibətlə üzləşib. O, 1991-95-ci illərdə Kolumbiya yığmasında oynayıb.

Xəbər xətti