Alman futbolçu həyat yoldaşını döydü

19:30 - 14 Oktyabr 2016

Almaniya millisinin sabiq üzvü Kevin Kuranyi qalmaqalla gündəmi zəbt edib.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm karyerasını “Hoffenhaym”da başa vuran 34 yaşlı hücumçu həyat yoldaşı Viktoriya ilə mübahisə edib. Uşaqlarıyla istirahətə ehtiyacı olduğunu görən Viktoriya həyat yoldaşından rədd cavabı alıb. Belə olan halda cütlük arasında mübahisə yaşanıb və Kuranyi xanımına əl qaldırıb. 

 

Xanımın köməyinə polis işçiləri çatıb və Kuranyi gecəni qardaşının evində keçirib.

Xəbər xətti