"Lion"un futbolçusundan örnək addım

14:34 - 19 Oktyabr 2016

"Lion" klubunun şəərəfini qoruyan Rafael da Silva maraqlı addımı ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu zədəli olduğu üçün maaşından imtina edib. O, zədəli olduğu müddətdə maaş almayacağını və həmin məbləğin xəstə uşaqlar üçün yardım fonduna yatırılmasını istəyib. 
 
 
Qeyd edək ki, Rafael 2015-ci ildə "Mançester Yunayted”dən "Lion”a transfer olunub. O, sentyabr ayında bud nahiyəsindən zədə alıb. 

 

Xəbər xətti