"Qəbələ"dən 10 qələbə

00:14 - 22 Oktyabr 2016

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. 

 

Sportal.az xəbər verir ki, “Qəbələ” futbol akademiyasının komandaları 10 matçda qüvvəsini sınayıb. 

 

Onlar  bu görüşlərin 9-da qalib gəlib, birində heç-heçə ilə kifayətlənib. U-17 mövsümdə ilk xal itkisi ilə üzləşib. Komanda “Zirə” ilə ev oyununda 1 xalla kifayətlənib – 0:0.

 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-13 ardıcıl 2-ci qələbəsini əldə edib. “Qırmızı-qaralar” “Zirə”ni 2 cavabsız qolla keçib. 

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Kürmük”ü 8:0, UGİM Oğuz UGİM-ini 2:1 hesabı ilə məğlub edib. Hər iki komanda 3 turdan sonra 9 xalla liderliyə şərikdir. U-11 Liqasında UGİM Oğuz UGİM-ini 9:0, “Qəbələ” “Balakən”i 14:0 hesabə ilə üstələyib (klub saytı).

Xəbər xətti