Ronaldinyo: "Qəbələ"nin uşaqlarının parladığını görəcəyik"

18:46 - 23 Oktyabr 2016

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Azərbaycana bu həftə həyata keçirdiyi səfərindən çox razı qalıb.
 
Sportal.az xəbər verir ki, 36 yaşlı dünya çempionu "Qəbələ" klubunun dəstəyilə Bakıda açılacaq futbol akademiyası ilə bağlı paytaxtımıza səfəri çərçivəsində Bakı Olimpiya Stadionunda "qırmızı-qaralar"ın U-15 komandasının üzvləri ilə şəkil çəkdirib.
 
Ronalindo şəxsi saytında həmin məşqdən çəkilmiş fotonu paylaşıb və təəssüratlarını yazıb: "Arzuların həyata keçdiyini görmək çox sevindiricidir. Ən çox sevdiyim idman növünün inkişafında rol oynamaq xoşdur. Ümid edirəm ki, yaxın zamanda bu uşaqların meydanda parladığını görəcəyik".

 

Xəbər xətti