"Qəbələ”nin zədəli futbolçuları Rəşad Sadiqov, Elvin Camalov və Nika Kvekveskiridən yeni xəbər var.
Sportal.az xəbər verir ki, bir müddətdir zədəli olan futbolçular artıq məşqlərini bərpa ediblər. Hər üç futbolçu komandanın ötən gün baş tutan məşqində komanda ilə birgə çalışıblar.
"Qərmızı-qaralar"ın heyətində Baqali Dabo, Sergey Zenyov və Rafael Santosun zədəsi hələ davam edir.
Qeyd edək ki, "Qəbələ” Premyer Liqanın X turunda öz meydanında "Neftçi”ni qəbul edəcək. Sözügedən görüş oktyabrın 29-da baş tutacaq.
saytlarin hazirlanmasi