Məşhur klubun futbolçularını qarət etdilər

12:44 - 28 Oktyabr 2016

Danimarkanın “Midtyulland” klubunun futbolçuları xoşagəlməz hadisə ilə üzləşib.


Sportal.az xəbər verir ki, komandanın futbolçuları qarət olunub. Hadisə Danimarka kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Fremed Amader”lə səfər matçında baş verib.


Komandanın soyunub-geyinmə otağına daxil olan oğrular futbolçuların qiymətli əşyalarını aparıblar.

 

Bu barədə komandanın idman direktoru Klaus Ştaynlayn belə danışıb:

 

"Futbolçuların telefonları, pulları və avtomobillərinin açarları da oğurlanıb. Polisə şikayət etmişik, bu rəzalətdir".


Qeyd edək ki, “Midtyulland” rəqibini 3:1 hesabı ilə məğlub edib.

 

Xəbər xətti