Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın çalışdırıcısı Roman Qriqorçuk qələbəni şərh edb.
- Asan qələbə qazanacağınızı gözləyirdiz?
- Bunu təsdiqləmirəm. Heç də asan oyun olmadı. Sadəcə, oyunun başlanğıcında fəallığımız belə düşünməyə əsas verir. Fasilədə futbolçularımla söhbət etdim. Nəticədə də böyükhesbalı qələbə bizə 3 xal qazandıq.
- Uzun müddət qol buraxmayan "Qəbələ" artıq son oyunlarda qapısında qol görür. Bununla bağlı nə deyə bilərsiz?
- Əlbəttə qol buraxmamaq xoşdu. Uzun müddət qapını toxunulmaz saxlamaq da çətindi. Düzünü desəm, müdafiədə boşluqlar var. Bu məsələ üzərində çalışmalıyıq.
- Cavid Hüseynov həqiqətən də oynamağa hazır idi, yoxsa ona dəstək üçün şans verdiniz?
- Təbii ki, hazır olmasaydı, meydana daxil olmayacaqdı. Ona hazır olduğu qədər şans veririk. Cavidin çalışqanlığı, əzmkarlığı onun ən qısa zaman ərzində formasını bərpa etməsinə kömək edəcək. O, həqiqətən də istedadlı futbolçudu.
- Nika Kvekveskiri və Teo Uiks "Sent Etyen"ə qarşı oynaya biləcək?
- Onlar çalışırlar. Ancaq indi dəqiq söz deyə bilmərəm. Qarşıdakı 3 gün ərzində bəlli olacaq.
- Rəşad Sadiqovla Sergey Zenyov zədədən qayıtdıqdan sonra daha yaxşı oyun sərgilədi...
- Onların hazır olduqlarını məşq zamanı görürük. Futbolçu hazır olmayanda, risk etmirik. Onların çıxışı təbii ki, məni sevindirir.
- Son iki oyunda ilk hissədə qol çoxsaylı qol imkanları yaratsaz da, bunlardan istifadə edə bilmirsiz. Səbəb nə idi?
- Təbii ki, bütün yaradılan qol imkanlarından fərqlənə bilmərik. Fikrimcə, ustalıq çatmır. Ustalıq səviyyəmizi artırmalıyıq.