AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, "Qəbələ” futbol akademiyasının komandaları 13 matçda qüvvəsini sınayıb.
Onlar bu görüşlərin 11-də qalib gəlib, yalnız birində məğlub olub və bir heç-heçə edib. U-19 VII turda "Neftçi” ilə ev matçında qolsuz heç-heçə edib.
U-16 evdə "Kəpəz”in qapısından 4 cavabsız qol keçirib.
Səfərdə "Qarabağ”ı 4:2 hesabı ilə məğlub edən U-15 ardıcıl 4-cü dəfə qalib gəlib.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. "İnter”i 7:1 hesabı ilə yenən U-14 ardıcıl 6-cı qələbəsini əldə edib.
"Qarabağ”ı 7:0 hesabı ilə məğlub edən U-13-ün aktivində 13 xal var.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ” bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında "Qəbələ” UGİM-i (İsmayıllı) 11:0, UGİM isə UGİM-i (Ağdaş) 6:0 hesabı ilə yenib.
U-11 Liqasında UGİM UGİM-i (Ağdaş) 5:0, "Qəbələ” UGİM-i (Yevıax) 11:2 hesabı ilə üstələyib.
U-10 Liqasında "Qəbələ” UGİM "Rabitəçi” (Yevlax) üzərində 16:0 hesablı qələbə əldə edib. UGİM Şəkinin 3 nömrəli məktəbinin komandasını 6:2 hesabı ilə yenibsə, Gİİ Şəki UGİM-inə uduzub – 1:3.
Qızların yüksək liqa yarışında çıxış edən "Qəbələ” "Zaqatala”nı 4:2 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi