Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən AZAL - "Qəbələ" matçı 0:0 hesabı ilə başa çatdı.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Roman Qriqorçuk qolsuz bərabərliyi şərh edib.
- Bu gün hesabdan başqa, nədən narazı qaldınız?
- Yaxşı nəticə əldə etmək üçün qol vurmaq lazımdı. Ancaq qol imkanlarımızdan yararlana bilmədik. Buna görə də məyusuq.
- Tərlan Əhmədovla aranızda nə baş verdi?
- Etirazım ona idi ki, rəqibin futbolçusu Ozobiçi vurdu. Bu, 4-cü hakimin gözü önündə baş verdi. Bu, birbaşa qırmızı vərəqə idi. Bunu araşdırmaq lazımdı. Sona qədər getmək lazımdı. Deyəsən, keçən ilki ssenari təkrarlanır. Bilmirəm, bəlkə də təsadüfdü.