Slovakiya 5-ci divizonunda “Nijna”və “Tatran” komandaları arasındakı qarşılaşmada maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, oyundan öncə meydan sahiblərinin futbolçusu Lyubomir Vajeçka köməkçi hakim Petre Lepaçkovaya evlənmə təklifini edib.
400 azarkeşin izlədiyi oyunda meydanda sevgilisinin qarşısında diz çökən futbolçu onunla ailə həyatı qurmasını istəyib. Futbolçunun təklifini sürpriz kimi qarşılayan köməkçi hakim ona razılıq verib. Qarşılaşmadan sonra futbolçu açıqlamasında həyatında ən gözəl günlərdən birini yaşadığını deyib.
Qeyd edək ki, gələcək həyat yoldaşının idarə etdiyi oyunda Vajeçkanın forma geyindiyi “Nijna” rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi