İtaliyanın “Stadiosport” saytı “Qəbələ” və "Qarabağ" klubu haqda yazıb.
Sportal.az xəbər verir ki, “Təzədlı “Qəbələ” başlıqlı yazıda qeyd edilib ki, Avropa Liqasının qrup mərhələsində böyük futbol ənənələri olmayan ölkələrdən, məsələn, Azərbaycandan komandalar oynayır:
“Son illər Azərbaycan futbolunun inkişafını qeyd etmək lazımdır. Həmçinin bu ölkənin “Qəbələ” klubu son iki mövsümdə uğurlu çıxışı ilə diqqət cəlb edir. Roman Qriqorçukun komandası hazırda 25 xalla Azərbaycan Premyer Liqasında "Qarabağ"la birgə liderdir. Buna baxmayaraq, "qırmızı-qaralar" Avropa Liqasının qrup mərhələsində xal qazanmayıb. Lakin "Fiorentina" ilə eyni qrupda yer alan Azərbaycanın digər təmsilçisi “Qarabağ” isə 1/16 finala çıxmağa yaxındır”.
saytlarin hazirlanmasi